Ehtiyatlar
Mövcud ball:
0
Bu gün aktiv ehtiyatlar yoxdur.
Məxfilik siyasəti
      1. «VERTERA AZ» MƏXFİLİK SİYASƏTİ

        GİRİŞ

        Vertera AZ-ın Məxfilik Siyasətinə xoş gəlmişsiniz!

        Biz sizə burada Saytlarımıza daxil olduğunuz və istifadə etdiyiniz zaman hansı məlumatları topladığımızı izah edirik. Biz həmçinin bu məlumatları nə üçün topladığımızı və məlumatlarınızın kimə ötürüldüyünü izah edirik. Zəhmət olmazsa, bu sənədi oxuyun və onunla bağlı hər hansı sualınız yaranarsa bizimlə əlaqə saxlayın. Vertera-da şəxsi hesabınızı qeydiyyatdan keçirməzdən əvvəl bu Məxfilik Siyasəti ilə tanış olun və müxtəlif bölmələrə dair razılığınızı bildirin.

        Burada həmçinin Müştəri (“Müştəri”) və ya Partnyor (“Partnyor”) kimi qeydiyyatdan keçərkən toplanan Şəxsi Məlumatlardan necə istifadə etdiyimizi təsvir edirik. Hazırki Məxfilik Siyasətində (“Siyasət”) biz sizin Şəxsi Məlumatlarınızın və ya sizin haqqınızda yəni birbaşa və ya dolayısı ilə müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə (Şəxsi Məlumatlar subyektinə) aid saxlaya biləcəyimiz hər hansı məlumatın (“Şəxsi Məlumat”) necə toplandığını, istifadə edildiyini, saxlanıldığını, ötürüldüyünü, açıldığını və silindiyini (bundan sonra “emal” adlandırılacaq) izah edirik.

        “Vertera AZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT (VÖEN: 1406205351, Ünvan: AZ1010, Bakı şəhəri, D.Əliyeva küç., ev 251) (“Şirkət” və ya “Vertera”) https://vertera.az/az/ Saytının, habelə Şirkət tərəfindən idarə olunan digər saytların və proqramların (“Saytlar”) və bu Siyasətə keçidi olan digər interaktiv vasitələrin qonaqlarından (“Qonaqlar”) toplanmış və ya qəbul edilmiş Şəxsi Məlumatların mühafizəsini öhdəsinə götürür.  

        Şəxsi Məlumatların emalı ilə bağlı siyasət Azərbaycan Respublikasının “Şəxsi Məlumatlar haqqında” 11 may 2010-cu il tarixli 998-IIQ nömrəli Qanununa uyğun olaraq tərtib edilir və Şirkət tərəfindən emal edilən bütün Şəxsi Məlumatlara şamil edilir. Bu Şəxsi Məlumatlar Şirkətlə müqavilə münasibətində olan fiziki və ya hüquqi şəxsdən (qarşı tərəf) alına bilər.

        Saytdan və/və ya Saytdakı hər hansı xidmətlərdən istifadə edən Müştərilər, Partnyorlar, bu Siyasətdə təsvir olunduğu kimi, Şəxsi Məlumatlarının emalı ilə birbaşa razılaşırlar.

        Hazırki Siyasət yalnız emal etdiyimiz məlumatlara şamil edilir. Bu, sahibi olmadığımız və ya nəzarət etmədiyimiz şirkətlərə və ya əməkdaşlıq etmədiyimiz işçilərə şamil edilmir. Məhsullarımız haqqında məlumat üçüncü tərəfin veb-saytlarına keçidləri ehtiva edə bilər və bu saytlara təqdim etdiyiniz hər hansı məlumat onların malik olduğu istənilən məxfilik siyasəti ilə əhatə olunacaq. Ziyarət etdiyiniz hər hansı üçüncü tərəf saytlarının məxfilik siyasəti ilə mütləq tanış olun. Bu saytlar onlara təqdim etdiyiniz hər hansı məlumatın qorunmasına görə məsuliyyət daşıyır, bu səbəbdən də Şəxsi Məlumatlarınızın sui-istifadəsinə görə biz məsuliyyət daşıya bilmərik.

        Saytda qeydiyyatdan keçərkən “Vertera AZ”-ın Müştəriləri, Müstəqil Partnyorları bu Siyasətin şərtləri ilə razı olduqlarını və bu Siyasətin şərtlərinə uyğun olaraq Şəxsi Məlumatlarının emalına razılıqlarını təsdiq edirlər.

        Biz hazırki Siyasəti vaxtaşırı yeniləyə və bu Siyasətdə hüquqlarınıza təsir edən dəyişikliklər barədə electron poçt vasitəsilə və/və ya Saytlarımızda yerləşdirməklə sizi xəbərdar edə bilərik.

         

        BİZ HANSI ŞƏXSİ MƏLUMATLARI TOPLAYIRIQ VƏ NİYƏ?

        Saytlara hər dəfə daxil olanda Şirkət avtomatik olaraq aşağıdakı Şəxsi Məlumatları toplayır:

        • Texniki məlumat, o cümlədən kompüterinizi İnternetə qoşmaq üçün istifadə olunan İnternet Protokolu (IP) ünvanı, giriş məlumatları, brauzerin növü və versiyası, saat qurşağının parametrləri, brauzer plaginlərinin növləri və versiyaları, əməliyyat sistemi və platforması;

        • Vebsaytlara ziyarətləriniz, o cümlədən veb-saytlarda, veb-saytlar vasitəsilə və veb-saytlardan unifikasiya olunmuş resurs lokatorlarının (URL) tam URL ünvanı (tarix və vaxt daxil olmaqla); baxdığınız və ya axtardığınız məhsullar; səhifələrin cavab vaxtları, yükləmə xətaları, müəyyən səhifələrə daxil olma müddəti, səhifənin qarşılıqlı əlaqəsi haqqında (məsələn, sürüşdürmə, klikləmə və siçanın yönəldilməsi kimi) və səhifədən keçid etmək üçün istifadə olunan üsullar haqqında məlumatlar.

        Biz bu məlumatı Saytlarımızı, məhsullarımızı təkmilləşdirmək, inzibati məqsədlərimizi yerinə yetirmək və biznes maraqlarımızı qorumaq üçün toplayırıq.

        Bundan əlavə, siz bizimlə müxtəlif əlaqə kanalları, eləcə də “Əlaqə” internet səhifəsində mövcud olan rabitə kanalları vasitəsilə əlaqə saxladığınız zaman biz sizin adınız, soyadınız, ata adınız, ünvanınız, telefon nömrəniz, elektron poçt ünvanı kimi əlaqə məlumatlarınızı toplayırıq. Biz bu məlumatı suallarınıza və ya şərhlərinizə müvafiq cavablar təqdim etmək üçün toplayırıq.

        Müştəri kimi qeydiyyatdan keçdiyiniz zaman biz sizdən aşağıdakı Şəxsi Məlumatları toplaya bilərik:

        Adınız, Soyadınız. Bu, müqavilə öhdəliyidir. Bu məlumatları təqdim etməsəniz siz Müştəri kimi qeydiyyatdan keçə bilməyəcəksiniz;

        Şifrə. Bu, müqavilə tələbidir. Şifrə olmadan siz onlayn sistemimizdə hesabınızı yarada bilməyəcəksiniz, çünki məlumatlar qorunmalıdır;

        Elektron poçt ünvanı. Təsdiqlər və mesajlar göndərmək üçün tələb olunur. Elektron poçt olmadan təsdiq almayacaqsınız. Biz onu sizinlə ünsiyyət etmək üçün də istifadə edirik;

        Telefon nömrəsi. Biz bu məlumatı Müştəri kimi qeydiyyatınızı idarə etmək, onlayn hesabınızı yaratmaq və idarə etmək, sizinlə əlaqə saxlamaq üçün toplayırıq; Sifarişlərinizi təsdiqləmək və çatdırmaq üçün də tələb olunur;

        Vertera məhsullarının satınalmaları haqqında məlumatı, həmçinin üstünlük verdiyiniz müəyyən növ məhsullar, alış-veriş vərdişləri, satınalma tarixçəsi və xərcləmələrə dair davranışınız haqqında məlumatı. Biz bu məlumatı Saytlarımızı, məhsullarımızı təkmilləşdirmək, inzibati məqsədlərimizi yerinə yetirmək və biznes maraqlarımızı qorumaq üçün toplayırıq;

        Poçt ünvanı. Bunlar müqavilə tələbləridir, onları təqdim etməsəniz, sifarişinizi çatdıra bilməyəcəyik.

        Biz digər şəxsi məlumat növlərini yalnız müstəsna hallarda toplaya bilərik. Sizin haqqınızda əlavə Şəxsi Məlumat növlərini emal etməyimizə ehtiyac yaranarsa, biz sizin Şəxsi Məlumatlarınızın emalı barədə məlumatlı olmağınızı və bunun üçün hüquqi əsasın olmasını təmin edəcəyik (məsələn, razılığınız).

        Əgər siz Partnyor kimi qeydiyyatdan keçsəniz biz sizdən aşağıdakı Şəxsi Məlumatları toplaya bilərik:

        • Soyadınız, Adınız, Ata adınız. Bu məlumatları təqdim etməsəniz, sizi Partnyor kimi qeydiyyatdan keçirə bilməyəcəyik.

        • Doğum tarixiniz. Qanuna əsasən, qeydiyyatdan yalnız 18 yaşdan yuxarı şəxslər keçə bilər.

        • Şəxsi kodunuz (ID). Biz bu məlumatdan sizin konkret Partnyor olduğunuzu təsdiq etmək və Şirkətin Marketinq Planına uyğun olaraq mükafatları ödəmək üçün istifadə edəcəyik;

        • Pasport/şəxsiyyət vəsiqəsinin surəti. Biz bu məlumatdan sizin “Vertera AZ”-ın konkret Müstəqil Partnyor olduğunuzu təsdiqləmək və qanunvericiliyin tələblərinə uyğun olaraq Şirkətin Marketinq Planına əsasən mükafatları ödəmək üçün istifadə edəcəyik;

        • Poçt ünvanı. Bunlar müqavilə tələbləridir, onları təqdim etməsəniz, sifarişinizi çatdıra bilməyəcəyik;

        • Qeydiyyat ünvanı. Bunlar bizim nizamnamə tələblərimizdir. Cari ünvanınız haqqında məlumat olmadan Şirkət bonuslarını təklif edə bilmərik;

        • Elektron poçt ünvanı. Təsdiqlər və mesajlar üçün tələb olunur. Elektron poçt olmadan təsdiq almayacaqsınız. Biz onu sizinlə ünsiyyət etmək üçün də istifadə edirik;

        • Telefon nömrəsi. Sifarişlərinizi təsdiqləmək və çatdırmaq üçün tələb olunur;

        • Hesab nömrəsi (bank/ödəniş sistemi). Bunlar sizə bonusları ödəmək üçün bizim qanuni öhdəliklərimizdir;

        • Şifrə. Bu, müqavilə tələbidir. Şifrə olmadan siz onlayn sistemimizdə hesabınızı yarada bilməyəcəksiniz, çünki məlumatlar qorunmalıdır;

        • Vertera-da satınalmalarınız haqqında məlumat, eləcə də üstünlük verdiyiniz müəyyən növ məhsullar haqqında məlumat. Biz bu məlumatı Saytlarımızı, məhsullarımızı təkmilləşdirmək, inzibati məqsədlərimizi yerinə yetirmək və biznes maraqlarımızı qorumaq üçün toplayırıq.

        Əgər siz Şəxsi Məlumatlarınızın yuxarıda göstərilən məqsədlərdən hər hansı biri üçün istifadəsinə etiraz edirsinizsə, zəhmət olmazsa, bizimlə əlaqə saxlayın. Şəxsi Məlumatlarınızı Şirkətə təqdim etmək qərarınız ümumiyyətlə könüllü olsa da, müəyyən məlumatları təqdim etmədiyiniz halda Şirkət hazırki Məxfilik Siyasətində göstərilən bəzi məqsədləri yerinə yetirə bilməyəcək. Məsələn, poçt ünvanınızı bilmədən məhsulları sizə çatdıra bilmərik.

         

        ŞƏXSİ MƏLUMATLARINIZI HANSI ƏSASLARLA İSTİFADƏ EDİRİK?

        Müqavilə şərtlərinin icrası: sizinlə müqavilə bağlamaq və yerinə yetirmək üçün tələb olunduğu kimi (İstifadəçi Razılaşması və Müstəqil partnyor ilə Müqavilə), məsələn, alış-veriş etdiyiniz halda. Buraya ödənişlərin qəbulu, sizinlə ünsiyyət, Müştərilərə, “Vertera AZ”-ın Müstəqil Partnyorlarına xidmətlərin göstərilməsi, məhsul və ya xidmətlərin çatdırılması və ya digər təminatlarının təşkili daxildir. Həmçinin, partnyorlarla əlaqə yaratmaq üçün şəxsiyyətinizi təsdiq etməli, ödənişləri qəbul etməli, sizinlə əlaqə saxlamalı, partnyor xidmətlərini göstərməli və sizə bonuslar və mükafatlar təqdim etməli olacağıq.

        Qanuni maraqlar: Öz qanuni maraqlarını həyata keçirmək üçün tələb olunduqda, xüsusən:

        • sizinlə ünsiyyət qurmaq (o cümlədən, sizə biznesinizi təkmilləşdirməyə kömək edəcək məlumatların təqdim edilməsi (məsələn, sizə təlim materiallarının və dərslərin verilməsi) üçün;

        • Sizi tədqiqatlarda və ya bazar araşdırmalarında, həmçinin konfranslarda iştirak etməyə dəvət etmək üçün;

        • məhsullarınızı, məzmununuzu, xidmətlərinizi və Saytlarınızı həm onlayn, həm də oflayn rejimdə nəzarət altında saxlamaq, təkmilləşdirmək, idarə etmək və qorumaq imkanını vermək üçün;

        • sizin tərəfinizdən Şirkətin bütün siyasət və qaydalarına riayət etməyinizə nəzarət və təmin etmək üçün;

        • mövcud qanunvericiliyə əsasən fırıldaqçılığın, terrorizmin, məlumatların təhrifinin, təhlükəsizlik insidentlərinin və ya cinayətin qarşısını almaq, araşdırmaq və/və ya məlumat vermək məqsədilə Müştərinin və ya “Vertera AZ”-ın Müstəqil Partnyorunun hər hansı hesabına nəzarət etmək üçün; eləcə də

        • sizə və başqalarına xidmət göstərdiyi reklamın effektivliyini təhlil etmək və sizə müvafiq reklam təqdim etmək (o cümlədən müştəri məmnuniyyətinin qiymətləndirilməsi və oxşar tədqiqatlar daxil olmaqla) üçün.

        Hüquq normalarına riayət etmə: Məhkəmə prosesi ilə əlaqədar olaraq normativ, vergi və istintaq məqsədlərinə (o cümlədən belə məlumatların açıqlanması) riayət etmə yolu ilə tətbiq olunan qanunlara əməl olunmasının təmin edilməsi və Şirkətin qanuni biznes maraqlarının və qanuni hüquqlarının qorunması, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, məhkəmə tələbləri ilə əlaqədar olaraq istifadə edilməsi.

        Razılıq: aşağıdakılara riayət etmək şərti ilə, Şirkət sizin artıq satın aldığınız məhsul və xidmətlərə oxşar və ya Şirkət tərəfindən təqdim olunan digər məhsul və xidmətlərlə bağlı sizə birbaşa marketinq göndərəcək. O, yalnız Müştərinin və ya Partnyorun qeydiyyatı prosesində Şirkətin iştirakına razılığınızı verdiyiniz halda göndəriləcək. Sizə göndərdiyimiz məktublardakı istinadlardan keçərək istənilən vaxt seçimlərinizi idarə edə və ya abunəlikdən çıxa bilərsiniz.

         

        ŞƏXSİ MƏLUMATLARINIZI KİMƏ ÖTÜRƏ BİLƏRİK?

        Sizə keyfiyyətli xidmət göstərmək üçün Şəxsi Məlumatlarınızı aşağıdakı Partnyorlara ötürə bilərik:

        • Sizin göstərdiyiniz poçt ünvanlarına məhsulları çatdıran kuryer xidmətləri göstərən şirkətlərə;

        • Vertera-nın əməkdaşları və/və ya işçiləri olmayan və xidmət müqavilələri və digər oxşar müqavilələr əsasında xidmət göstərən hüquq, maliyyə, marketinq, İT və digər sahələr üzrə peşəkarlara;

        • Poçt şöbələrinə;

        • Məhsulları birbaşa sizə çatdıran məhsul təchizatçılarına;

        • Qrup səviyyəsində təhlil üçün Vertera qrupunun digər şirkətlərinə, o cümlədən WR International AG-a;

        • Yuxarıda göstərilən məqsədlər, qanunla və ya qüvvədə olan qanunveriliciyə uyğun olaraq öz qanuni maraqlarının hüquqi müdafiəsi üçün tələb olunduqda hökümət orqanlarına və/və ya hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə.

        Bu müştərək istifadə yuxarıda göstərilən məqsədlər üçün və ya tabe olduğumuz xüsusi hüquqi öhdəliklərə əsasən həyata keçiriləcək.

        Şirkət, bir qayda olaraq, Saytda qeydiyyat zamanı verdiyiniz razılığınız əsasında şəxsi məlumat subyektləri üçün adekvat mühafizəni təmin edən ölkələrə Şəxsi Məlumatlarınızı ötürür. Sizin Şəxsi Məlumatlarınız Şəxsi Məlumat subyektlərinin hüquqlarının adekvat səviyyədə qorunmasını təmin etməyən ölkələrə ötürüldüyü halda, Şirkət Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə cavab verən belə ötürülmə üçün əvvəlcədən sizin yazılı razılığınızı alacaq yaxud Şəxsi Məlumatlarınızın ötürülməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqi əsaslarla həyata keçirəcək.

        Şəxsi Məlumatlarınızı Siyasətdə qeyd olunan hər hansı üçüncü şəxslərə ötürərkən Şirkət ötürülən Şəxsi Məlumatların məxfiliyinə, habelə Şəxsi Məlumatların mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə ciddi riayət olunmasını təmin edir. Bunun üçün Şirkət üçüncü şəxslərlə Azərbaycan Respublikası qanunvericiliyinin və xüsusilə “Şəxsi Məlumatlar haqqında” Qanunun tələblərinə cavab verən müvafiq müqavilələr bağlayır.

        Siz "Bizimlə necə əlaqə saxlamaq olar" bölməsində göstərilən ünvanla bizimlə əlaqə saxlayaraq, Şirkətin tapşırığı və  adından Şəxsi Məlumatlarınıza çıxışı olan, həmçinin onları emal edən hər hansı üçüncü tərəflər haqqında məlumatı tələb edə bilərsiniz. Sorğularınıza operativ cavab vermək üçün əlimizdən gələni edəcəyik.

         

        ŞƏXSİ MƏLUMATLARINIZI HARADA SAXLAYIRIQ?

        Şirkət Şəxsi Məlumatlarınızı toplayarkən Azərbaycan Respublikasının ərazisində yerləşən məlumat bazalarından istifadə etməklə Sizin Şəxsi Məlumatlarınızın qeydə alınmasını, sistemləşdirilməsini, yığılmasını, saxlanmasını, dəqiqləşdirilməsini (yenilənməsi, dəyişdirilməsi), çıxarılmasını təmin edir.

         

        BİZ SAYTLARIMIZDA HANSI COOKIE FAYLLARDAN İSTİFADƏ EDİRİK?

        Saytlarımız sizi digər “Vertera AZ” Müştərilərindən və Müstəqil Partnyorlarından fərqləndirmək üçün Cookie fayllarından (veb-sayt istifadəçilərinin sərt diskinə yerləşdirilən kiçik fayllar) istifadə edir. Bu, sizə Saytlara baxış keçirdiyiniz zaman yüksək keyfiyyətli imkanlar təqdim etməyimizə kömək edir və Saytları təkmilləşdirməyə imkan verir. Biz Cookie faylları məlumat axınını təhlil etmək; xidmətlərin, məzmunun və reklamın parametrlərini düzəltmək; reklamın effektivliyinin ölçmək; sizi inam və təhlükəsizliyə təşviq etmək üçün istifadə edirik.

        Biz yalnız Cookie faylların istifadəsi ilə həyata keçirilə bilən müəyyən xidmətləri təklif edirik. Adətən biz Cookie faylların aşağıdakı kateqoriyalarından istifadə edirik:

        1. Mütləq lazım olan Cookie fayllar

        Bəzi Cookie fayllar Saytın işləməsi üçün lazımdır. Məsələn, bəzi Cookie fayllar bizə “Vertera AZ”-ın qeydiyyatdan keçmiş Müştərilərini və ya Müstəqil Partnyorlarını müəyyən etməyə və onlara Sayta girişi təmin etməyə imkan verir. Qeydiyyatdan keçmiş Müştəri və ya “Vertera AZ”-ın Müstəqil Partnyoru bu Cookie faylları deaktiv etməyi seçərsə, “Vertera AZ”-ın Müstəqil Partnyoru üçün Saytlardakı bütün məzmun əlçatmayan ola bilər.

        2. İstismar Cookie faylları

        Digər Cookie fayllardan Qonaqların, Müştərilərin, “Vertera AZ”-ın Müstəqil Partnyorlarının Saytdan necə istifadə etdiyini təhlil etmək və Saytların fəaliyyətinin effektivliyinə nəzarət etmək üçün istifadə edilə bilər. Bu, bizə təklifi fərdiləşdirməklə və yaranan hər hansı problemləri tez bir zamanda müəyyən edib aradan qaldırmaqla yüksək keyfiyyətli təcrübə təqdim etməyə imkan verir. Məsələn, səmərəlilik Cookie faylları hansı səhifələrin ən populyar olduğunu izləmək və müəyyən səhifələrin niyə səhv haqqında mesajları aldığını müəyyən etmək üçün istifadə edilə bilər.

        3. Funksional Cookie faylları

        Funksional Cookie faylları bizə “Vertera AZ”-ın Qonaqlarının, Müştərilərinin, Müstəqil Partnyorlarının üstünlüklərini yadda saxlamaq və genişləndirilmiş funksiyaları təmin etmək məqsədilə Saytı uyğunlaşdırmaq üçün istifadə olunur.

        4. Google Analytics

        Qonaqların Saytlarımızla qarşılıqlı əlaqədə necə olduğunu anlamaq üçün Google Analytics-dən istifadə edirik.

        Bu o deməkdir ki, siz Saytımıza daxil olduğunuz zaman brauzeriniz avtomatik olaraq Google və Yandex-ə müəyyən məlumatları göndərir. Buraya, məsələn, ziyarət etdiyiniz səhifənin veb-ünvanı və IP-ünvanınız daxildir. Servislərin məlumatları necə toplaması və emal etməsi haqqında ətraflı məlumatı aşağıdakı linklərdə tapa bilərsiniz:

        • Google üçün: Link

        • Yandex üçün: Link

        Əgər siz Google Analytics və/və ya Yandex Metrika-nın brauzerinizdə istifadə olunmasını istəmirsinizsə, bunu brauzerinizdə müvafiq parametrləri dəyişdirməklə nail ola bilərsiniz. Şəxsi Məlumatların emalı siyasəti haqqında daha çox məlumatı Google AnalyticsYandex Metrika-da əldə edə bilərsiniz.

        “Vertera AZ”-ın Qonaqları, Müştəriləri, Müstəqil Partnyorları, brauzerləri icazə verərsə, həmişə Cookie fayllardan imtina edə bilər, baxmayaraq ki, bu onların Saytlardan istifadəsinə mane ola bilər. Cookie faylları söndürmək üsulu haqqında ətraflı məlumatı bu linkdə tapa bilərsiniz.

        Şirkətin Cookie fayllardan necə istifadə etdiyi barədə ətraflı məlumatı bu linkdə tapa bilərsiniz.

         

        ŞƏXSİ MƏLUMATLARINIZI NƏ QƏDƏR VAXT SAXLAYIRIQ?

        Hər hansı bir məqsədlər üçün emal etdiyimiz Şəxsi Məlumatlar bu məqsədlər üçün lazım olandan daha uzun müddət saxlanılmamalıdır. Şirkət Sizin Şəxsi Məlumatlarınızı Şirkətlə müqavilə münasibətləriniz müddətində və icazə verilən dərəcədə, bu münasibətlərə xitam verildikdən sonra hazırki Siyasətdə müəyyən edilmiş məqsədləri yerinə yetirmək üçün lazım olan müddət ərzində saxlayacaqdır.

        Şəxsi Məlumatların saxlanılması Şəxsi Məlumatların subyektini müəyyənləşdirən formada Şəxsi Məlumatların işlənməsi məqsədləri ilə tələb olunandan artıq olmayan müddətdə (Şəxsi Məlumatların saxlanması müddəti qanun ya da bir tərəfi, mənfəət qazananı və ya zəmanətçisi Şəxsi Məlumatlar subyekti olan müqavilə ilə təyin olunmayıbsa) həyata keçirilir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa emal edilmiş Şəxsi Məlumatlar emal məqsədlərinə nail olduqda və ya bu məqsədlərə nail olmaq zərurəti itirildikdə məhv edilir və ya şəxsiyyətsizləşdirilir.

        Məsələn, qanuni tələbləri icra etmək, mübahisəni həll etmək, fırıldaqçılıq və ya sui-istifadə hallarının qarşısını almaq və hazırki Məxfilik Siyasətinin müddəalarını yerinə yetirmək üçün zəruri hallarda Şirkət hesabın silinməsindən sonra belə xüsusi məlumatları saxlaya bilər. Hesaba daxil olmayan qonaqların Şəxsi Məlumatları anonim formada davranış fəaliyyətinin təhlili üçün 12 ay saxlanılır. Şirkətdən məhsul sifariş etməyən Müştərilərin Şəxsi Məlumatlarını biz Müştəri fəaliyyətini təhlil etmək və Saytları, məhsullarımızı təkmilləşdirmək məqsədilə hesabın silinməsi sorğusu təsdiqləndikdən 12 ay sonra siləcəyik.

        Hər hansı Vertera məhsullarını sifariş etmiş müştərilər üçün məlumatların silinməsi siyasətimiz aşağıdakı kimidir:

        Sifarişlərin işlənməsi məlumatı Vertera tərəfindən 5 il və ya vergi yoxlaması başa çatana qədər (hansı daha gec baş verərsə) saxlanılacaq. Digər Şəxsi Məlumatlar hesabınızın silinməsi təsdiqləndikdən 12 ay sonra silinəcək.

        Partnyorlar üçün:

        Sifarişin işlənməsi məlumatı Şirkətdə 5 il müddətində və ya vergi yoxlaması başa çatana qədər (hansı daha gec baş verərsə) saxlanılacaq. Siz “Vertera AZ” MMC ilə əməkdaşlıq etdiyiniz zaman Şirkət Şəxsi Məlumatlarınızdan istifadə edə bilər. “Vertera AZ” MMC ilə əməkdaşlığı dayandırdıqdan sonra Şəxsi Məlumatların nə qədər müddətə saxlanacağına qərar verərkən biz əlimizdə ola biləcək hər hansı cari öhdəlikləri (məsələn, mühasibat uçotu məqsədləri üçün məlumatı saxlamaq üçün) və ya hər hansı bir hüquqi iddiaların irəli sürülməsi və ya müdafiə edilməsi üçün ayrılmış vaxtın davamlılığını nəzərə alırıq.

        Əgər məlumatlarınızın bu cür emalına etiraz etsəniz və emal üçün daha əvvəl verdiyiniz razılığı geri götürsəniz, biz profilləşdirmə də daxil olmaqla birbaşa marketinq məqsədləri üçün məlumatlarınızı emal etməyi dayandıracağıq.

         

        SİZİN HÜQUQLARINIZ

        Müştərilər, Partnyorlar (Şəxsi Məlumatlar subyektləri) aşağıdakı hüquqlara malikdir:

        • Öz Şəxsi Məlumatlarını Şəxsi Məlumatlar operatoruna təqdim edib-etməmək barədə qərar qəbul etmək;

        • Şəxsi Məlumatlarının emalına verdiyi razılığı geri götürmək;

        • emal edilən Şəxsi Məlumatları daxil etmək, əlavə etmək və ya dəyişdirmək;

        • Şəxsi Məlumatlarının ictimaiyyətə açıq olan Şəxsi Məlumat mənbələrindən çıxarılmasını tələb etmək;

        • Aşağıdakılar daxil olmaqla, Şəxsi Məlumatlarının emalı ilə bağlı məlumat almaq:

        - operator tərəfindən Şəxsi Məlumatların emalı faktının təsdiqi;

        - Şəxsi Məlumatların emalı üçün hüquqi əsaslar və məqsədlər;

        - məqsədlər və Şəxsi Məlumatların emalı üçün operator tərəfindən istifadə olunan üsullar;

        - operatorun adı və yeri, Şəxsi Məlumatlara çıxışı olan və ya operatorla müqaviləyə ya da “Şəxsi Məlumatlar haqqında” Qanuna əsasən Şəxsi Məlumatların açıqlana biləcək şəxslər (operatorun işçiləri istisna olmaqla) haqqında məlumatlar;

        - “Şəxsi Məlumatlar haqqında” Qanunda bu cür məlumatların verilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, müvafiq Şəxsi Məlumatlar subyektinə aid emal edilmiş Şəxsi Məlumatlar, onların alınma mənbəyi;

        - Şəxsi Məlumatların emalı müddəti, o cümlədən onların saxlanma müddəti;

        - Şəxsi Məlumatlar subyekti tərəfindən “Şəxsi Məlumatlar haqqında” Qanunda nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi qaydası;

        - həyata keçirilən və ya təklif edilən transsərhəd məlumat ötürülməsi haqqında məlumat;

        - operatorun tapşırığı ilə Şəxsi Məlumatları emal edən şəxsin (əgər emal belə şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa) adı və soyadı, atasının adı və ünvanı;

        - “Şəxsi Məlumatlar haqqında” Qanunda və ya Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş digər məlumatlar.

        Şəxsi Məlumatlar subyektinin onun Şəxsi məlumatlarına daxil olmaq hüququ Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

         

        DİGƏR SAYTLARA İSTİNADLAR

        Bizim Saytlarımızda məlumat və məxfiliyin təmin olunma metodları bizimkindən fərqli olan üçüncü tərəflər tərəfindən idarə olunan veb-saytlara keçidlər ola bilər. Biz bu cür üçüncü tərəflərin məlumatlarına və ya məxfiliyin təmin olunma metodlarına görə məsuliyyət daşımırıq. Bu cür veb-saytlardan istifadə etməzdən və ya bu veb-saytlarda və ya onlar vasitəsilə hər hansı şəxsi məlumatı və ya digər məlumatı təqdim etməzdən əvvəl bütün üçüncü tərəf veb-saytlarının məxfilik bəyanatlarını oxumağınızı tövsiyə edirik.

         

        MƏXFİLİK SİYASƏTİNİN YENİLƏNMƏLƏRİ

        Hazırki Məxfilik Siyasəti istənilən vaxt, heç bir xəbərdarlıq edilmədən, Şirkətin öz mülahizəsinə uyğun olaraq dəyişdirilə, yenidən nəzərdən keçirilə, yenilənə və ya tamamlana bilər. Bunu etdiyimiz zaman biz Saytlarımızın ana səhifəsində bildiriş yerləşdirəcəyik və hazırki səhifənin yuxarı hissəsində yenilənmə tarixini yeniləyəcəyik. Biz Müştəriləri, Partnyorları müntəzəm olaraq (ən azı 3 ayda bir dəfə) topladığımız Şəxsi Məlumatların qorunmasına necə kömək etdiyimizdən həmişə xəbərdar olmaq üçün bu səhifəni dəyişikliklərin mövcudluğu üzrə yoxlamağı tövsiyə edirik. Hər bir Müştəri, Partnyor hazırki Məxfilik Siyasətini vaxtaşırı nəzərdən keçirməyə və dəyişikliklərlə tanış olmağa görə şəxsən məsuliyyət daşıdığını etiraf etməli və razılaşmalıdır.

        Saytlarımızdan istifadə etməklə Müştəri, Partnyor avtomatik olaraq hazırki Məxfilik Siyasəti ilə razı olduğunu təsdiqləyir. Əgər Müştəri, Partnyor hazırki Məxfilik Siyasəti ilə razı deyilsə, biz ondan Saytlarımızdan istifadə etməməsini tələb edəcəyik. Əgər Müştəri, Partnyor hazırki Məxfilik Siyasətinə düzəlişlər dərc edildikdən sonra Saytlardan istifadə etməyə davam edərsə, bu, onun bu düzəlişlər ilə razı olduğu kimi qəbul olunacaq.

Biz saytımızın düzgün işləməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün cookie-fayllardan istifadə edirik. Daha ətraflı məlumat üçün bizim veb səhifəsinə baxMəxfilik siyasəti